Şrift:
Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar
22.12.2019 [22:42] - Hadisə
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb, şifahi sorğu-sual edildikdən sonra üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı vətəndaşın ayağındakı ayaqqabının hər iki tayında 5 ədəd bükümdə ümumi çəkisi 56 qram olan narkotik vasitə - heroin, çəkisi 31,5 qram olan psixotrop maddə - metamfetamin, 19 ədəd üzərində “M40” yazısı olan metadon adlı həb aşkarlanıb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir. Faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed