Şrift:
Özəl ekspertlər verdikləri rəyə görə məsuliyyət daşıyacaqlar
22.12.2019 [23:03] - Hüquq
Özəl ekspertlər də verdikləri rəyə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Bunu Ədliyyə Nazirliyi Məhkəmə-ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib. O bildirib ki, ekspertiza ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün müddəalar özəl ekspertiza sahəsinə də aiddir.
"Həmçinin, özəl ekspertlərin də səlahiyyətləri çərçivəsində həyata keçirdikləri ekspertiza ilə bağlı qanunda nəzərdə tutulmuş hüquqları ilə yanaşı məsuliyyətləri də var".
Onun sözlərinə görə, dövlət, yaxud özəl ekspertiza təyin etmək hüququ müraciət edən şəxsin özü tərəfindən müəyyən edilə bilər".

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed