Şrift:
Hər hansı xarici ölkəyə məxsus hərbi təyinatlı vasitə Azərbaycanda yerləşdirilməyib
22.12.2019 [23:08] - Hərb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlər bəzi xarici elektron media resurslarında İsrailə məxsus hərbi təyinatlı vasitələrin guya Azərbaycanda yerləşdirilməsi və bu ərazidən İrana qarşı zərbə endirilməsi barədə yayılan absurd xəbərlərə münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda qeyd olunub: “Bu kimi məlumatlar dezinformasiya və saxta xəbərdən başqa bir şey deyildir. Yayılan məsuliyyətsiz, təxribat xarakterli məlumat qonşularla olan münasibətlərimizə uğursuz şəkildə xələl yetirmək məqsədi güdür. Bir daha bildiririk ki, hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib. Bu barədə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed