Şrift:
Bakıda kibertəhlükəsizlik üzrə kurs keçirilir
22.12.2019 [23:11] - Hərb
Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində, NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Proqramının dəstəyi ilə Bakıda dövlət qurumlarının kiber mütəxəssisləri üçün “Təkmilləşdirilmiş kibermüdafiə üzrə təlim” kursu keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kursun əsas məqsədi müxtəlif dövlət qurumlarında çalışan kibertəhlükəsizlik mütəxəssislərinin biliklərinin təkmilləşdirilməsi və onların müasir qlobal çağırışlara qarşı hazırlıqlarının artırılmasıdır.
Dekabrın 28-dək davam edəcək tədbirin sonunda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed