Şrift:
Hollandiyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd edilib
23.12.2019 [00:22] - Diaspor
Hollandiyanın Utrext şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert keçirilib. ''Stefanos Teatr Mərkəzi''ndə baş tutan konsert Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvləri olan "Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi" və ''Avropa Azərbaycanlıları'' Media Qrupunun birgə təşkilatçılığı, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilib. Tədbirdə yerli ictimaiyyətin nümayəndələri, Niderland, Almaniya, Belçika və İtaliyada yaşayan diaspor üzvlərimiz, ictimai fəallar iştirak ediblər.
Konsert öncəsi Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi, ''Avropa Azərbaycanlıları'' Media Qrupunun rəhbəri Emil Əliyev, Azərbaycanın Niderlanddakı səfirliyinin müvəqqəti işlər vəkili Selcan Verdiyeva, "Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin'' nümayəndəsi Musa Həsənov çıxış edərək, ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyi və birliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxladığını və bu siyasətin uğurla davam etdirdiyini bildiriblər. Qeyd edilib ki, həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayramlardan birinə çevrilib. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız hər il bu bayramı böyük təntənə və qürur hissilə, Azərbaycanın zəngin mədəniyyət və incəsənət növlərini nümayiş etdirməklə qeyd edirlər. Niderlandda keçirilən tədbir də bu mənada istisna deyil.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist, xanəndə Zakir Əliyevin və onun tələbəsi Mənzurə Əbdürrəhmanovanın 4 saatlıq konsert proqramı ilə davam edib. İfaçıları “Şur” muğam qrupunun üzvləri – Ələkbər Ələkbərov (tar), Xəyyam Məmmədov (kamança), Rəşad Hüseynov (piano) və Nadir Huseynbəyov (nağara) müşayiət ediblər.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed