Şrift:
BMT ekspertləri: “İrandakı etirazlarda tutulan minlərlə insan işgəncə altındadır”
23.12.2019 [13:25] - Güney Azərbaycan xəbərləri
BMT-nin insan hüquqları üzrə 16 eksperti dekabrın 20-də birgə bəyanat yayaraq, İran adlı ölkə bağlı son etirazlarda həbs edilənlərə zindanlarda ağır işgəncələr verilməsindən nigaran qaldıqlarını bildiriblər. Mola rejiminin etirazlarda tutulanlarla vəhşicəsinə rəftar etdiyini və onlara qarşı amansız repressiyalarını kəskin pisləyən bəyanatda deyilir ki, ötən ayın dinc etirazlarında tutulanlara ağır fiziki və psixi işgəncələr verilir: “Aldığımız məlumatlara görə, həbs edilənlərdən yalançı etiraflar almaq üçün onlara müxtəlif işgəncələr verilir, təzyiq göstərilir. Həmçinin tutularkən təhlükəsizlik qüvvələrinin zorakılığı nəticəsində bədən xəsarəti alan bəzi məhbuslara tibbi yardım göstərilmir, müalicə edilmir. Əldə etdiyimiz bilgilərə əsasən, etirazlarda həbs edilənlər adi məhbuslarla birlikdə dar kameralarda saxlanılır, onların öz ailələri ilə əlaqə saxlamasına imkan verilmir. Bundan başqa, həbs edilənlərə ədalətli məhkəmə keçirilməsinin qarşısı alınır və onlara hakim sistemin düşməni kimi baxıldığından kobud rəftar edilir. Biz, molla rejiminə və bu ölkənin Məhkəmələrinə müraciət edərək, etirazlarda tutulanlarla ədalətli davranılmasını və əgər hansısa bir cinayətdə günahlandırılırlarsa, beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq, onlar üçün ədalətli məhkəmələrin keçirilməsini tələb edirik.
Qeyd edək ki, bəyanatı imzalayanlardan biri BMT-nin İran adlı ölkədə insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmandır. Bu il noyab ayının 15-dən başlayaraq, molla rejiminin benzin və neft məhsullarının qiymətini 3 dəfə (300 faiz) artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-dən çox insan qətlə yetirilib, 37 00 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. tirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın mollaxana etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed