Şrift:
Qətlə yetirdiyi daha bir qaşqay yeniyetmənin adı bəlli oldu
23.12.2019 [13:57] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin irticaçı molla rejiminin noyabr ayı etirazlarında güllələdiyi qaşqay türklərindən birinin də adı məlum olub. Qaşqay türklərinin Şeşbuluku-Ələmdarlı tayfasından olan 15 yaşlı yeniyetmə Məhəmməd Dastanxah rejimin terrorçu və xüsusi cəza dəstəsi kimi tanınan silahlı qüvvələri tərəfindən qətlə yetirilmişdir. Həmin qaşqay yeniyetmə noyabrın 6-da rejimin qüvvələrinin gülləsinə tuş gələrək şəhid olmuşdur. Rejimin terrorçu qüvvələri bu yeniyetməni sinəsindən vurduqları üçün dərhal ölmüşdür. Şəhidin yaxınlarının bildirdiyinə görə, rejim yalnız şəhidin anasına onun cənazəsini görməyə icazə verib və hətta cənazəni ailəyə təhvil də verməyib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 298 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed