Şrift:
Natali Qule: Azərbaycandakı islahatlar ölkənin yeni imicini formalaşdırır
23.12.2019 [14:39] - Siyasət
Azərbaycan Prezidenti İlham Əliyev çox cəsarətli islahatlar həyata keçirir. Ölkə sürətlə inkişaf edir, sosial, iqtisadi sahələrdə islahatlar geniş vüsət alıb. Bu fikirləri Fransa Senatında Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Natali Qule açıqlamasında deyib.
Natali Qule bildirib ki, ölkədə aparılan islahatlar inkişafı daha da sürətləndirəcək və bütün əhali bundan bəhrələnəcək. Azərbaycan Prezidentinin xarici siyasəti kimi daxili siyasəti də müdrikdir.
Senator vurğulayıb ki, Azərbaycanda həyata keçirilən islahatlar ölkənin yeni imicini formalaşdırır. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın daha da inkişafı istiqamətində böyük səylər göstərirlər. Bu səylər xalqın rifahına, eləcə də regionun sabitliyinə və təhlükəsizliyinə xidmət edir.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 308 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed