Şrift:
Çövkən milli oyunu üzrə Prezident kuboku turnirinin finalçıları müəyyənləşib
24.12.2019 [10:54] - İdman
Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli oyunu üzrə Prezident kuboku turnirinin finalçıları müəyyənləşib. Azərbaycan Atcılıq Federasiyasından bildiriblər ki, yarımfinalda “Buta Golden” “Sərhədçi”ni 4:1 hesabı ilə üstələyib. “Omar” isə “Polad”dan güclü olub – 2:1.
Dekabrın 24-də eyni məkanda üçüncü yer uğrunda görüş və final qarşılaşması keçiriləcək. Yarımfinalda uduzanlar bürünc medal, qaliblər final görüşünə çıxacaqlar. Oyunlar müvafiq olaraq saat 11:45-də və 12:40-da start götürəcək.
Qeyd edək ki, yarışın Şəkinin Daşüz kəndindəki Respublika Milli Atüstü Oyunları Mərkəzində keçirilən qrup mərhələsində 12 komanda mübarizə aparıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed