Şrift:
Beynəlxalq Muğam Mərkəzində gənc istedadların konserti keçirilib
24.12.2019 [11:08] - Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan vokalçıları” festivalı çərçivəsində növbəti konsert gənc vokalçıların ifalarına həsr olunub. Beynəlxalq Muğam Mərkəzindən verilən məlumata görə, dekabrın 21-də keçirilən konsert proqramında Asəf Zeynallı adına Musiqi Kollecinin , Bülbül adına 11 illik orta-ixtisas musiqi məktəbinin, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbinin tələbə və şagirdlərinin konserti təqdim olunub. Proqramda Azərbaycan , Avropa və rus klassik vokal nümunələri səsləndirilib. M.Maqomayev, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, P.Bulaxov, V.A. Motsart, T.Quliyev kimi görkəmli bəstəkarların mövzu baxımından bir-birindən fərqli əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb .
Həmçinin müasir bəstəkarların vokal əsərlərindən ibarət konsert proqramı keçirilib. Konsertdə müxtəlif şairlərin sözlərinə bir-birindən maraqlı mahnı və romanslar səslənib. Konsert proqramı çoxsaylı auditoriya tərəfiindən gürultulu alqışlarla qarşılanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed