Şrift:
Rotterdam ana dili məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliyi qeyd edilib
24.12.2019 [11:12] - Diaspor
Hollandiyada Şarloys bələdiyyəsinin mədəniyyət mərkəzində Beniluks Azərbaycanlıları Konqresinin (BAK) nəzdində fəaliyyət göstərən Rotterdam həftəsonu ana dili məktəbinin şagirdləri və yeni təsis olunmuş “Körpə fidanlar” uşaq musiqili teatr qrupunun birgə bayram şənliyi keçirilib. Şənliyə Haaqa və Rotterdam şəhərlərində yaşayan azərbaycanlı uşaqlar, eləcə də onların valideynləri qatılıb.
Tədbir 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilin gəlişinə həsr edilmiş bayram şənliyində azərbaycanlı körpələri təbrik edən Beniluks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov belə tədbirlərin keçirilməsinin əhəmiyyətinə toxunaraq milli ənənə və dəyərlərimizin qürbətdə yaşayan uşaqlara aşılnmasının vacibliyini vurğulayıb. Belə tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Rotterdam həftə sonu məktəbinin rəhbəri Zərifə Süleymanova uşaqları təbrik edərək, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən söz açıb. Bildirib ki, bütün dünyada yaşayan azərbaycanlıları birləşdirmək məqsədi daşıyan bayramın təsis edilməsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü olub. Bu tarix Azərbaycanın ümumdünya birlik günüdür, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq üçün mühüm rol oynayır. Həmçinin o, ana dili, onun milli ruhumuzun formalaşmasında vacibliyi haqqında danışıb. Yeni təsis olunmuş “Körpə fidanlar” uşaq musiqili teatr qrupunun bədii rəhbəri Sima Cəfərova isə yeni yaranmış qrup və onun məqsədləri haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Əvvəlcə əllərində Azərbaycan bayrağı dalğalandıran uşaqlar dövlət himnimizi səsləndiriblər. Sonra Abbas Səhhətin “Vətən” şeirinin səsləndirilməsi ilə davam edən şənlikdə milli geyimli uşaqlar rəqslərimizi və milli nağıllarımız əsasında hazırladıqları səhnəcikləri təqdim ediblər.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed