Şrift:
Dərbənd Azərbaycan Dram Teatrında “Vəfalı Səriyyə” tamaşası təqdim edilib
24.12.2019 [11:49] - Dərbənd
Dərbənd Azərbaycan Dram Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının pyesi əsasında hazırlanmış “Vəfalı Səriyyə” tamaşası təqdim edilib. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın əməkdar artisti Sərvər Əliyevdir.
Tamaşanın təqdimatından əvvəl teatrın rəhbəri Firdovsi Əskərov bildirib ki, “Vəfalı Səriyyə” premyerası ilə teatr ili başa vurur. Qeyd edib ki, tamaşada gənc aktyorlar oynayır.
Bildirilib ki, 1915-ci ildə yazılmış əsərdə qəhrəmanlar cəmiyyətdəki qeyri-bərabərliyə qarşı çıxırlar, qadınların hüquqlarının qorunması və gender bərabərliyi uğrunda mübarizəyə qoşulurlar. Tamaşa anşlaqla keçib, aktyorlar gözəl oyun nümayiş etdiriblər.

DAVAM.AZ
“Dərbənd Bürosu” (Dağıstan)
Bu xəbər oxucular tərəfindən 196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed