Şrift:
Dövlət bayrağının Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı ilə birgə qaldırılması və ya yerləşdirilməsi qaydası müəyyənləşib
24.12.2019 [12:21] - Hüquq
Dövlət bayrağının Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı ilə birgə qaldırılması və ya yerləşdirilməsi qaydası müəyyənləşib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
İndiyə qədər Azərbaycan Respublikasının Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalı idi. Dəyişikliyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı, digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed