Şrift:
Tehran rejiminin dəstək verdiyi PKK-PJAK Güney Azərbaycanda at oynatmaq istəyir
24.12.2019 [20:33] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Tikantəpə şəhərində yaşayan mühacir kürd mənşəli terrorçu bələdiyyə başçısı Naseh Məhəmmədxaninin kürd tərəfdarları yerli türk əhalisini qorxu içində yaşamağa məcbur etmək üçün dinc sakinlərə qarşı silahlı hücum ediblər. Olay ötən şənbə günü törədilib. Baş verən hadisədə çox sayda insanın xəsarət alıb və 116 tutuqlanıbdır.
Qeyri-yerli və kürd bələdiyyə başçısının çox sayda kürd tərəfdarı Çillə gecəsi ilə bağlı şəhər parkının qarşısında təşkil edilən sərgiyə qatılıb. Şəhərin Tehran molla rejimi tərəfindən təyin edilmiş başçısı Naseh Məhəmmədxaninin tərəfdarlarından olan Sədi Dəşti içkili vəziyyətdə yerli türk gənclə dava edərək onu döyüb. Ətrafdakı yerli türk sakinlər ona etiraz etdikdə isə o bildirib ki: “Biz kimsədən qorxmuruq və yaxın zamanda evinizə silahla hücum edib hamınızı şəhərdən çıxardacayıq”. Beləliklə də mühacir kürdlər yerli əhaliyə hücum ediblər və dava düşüb. Olaya polis məcbur olaraq müdaxilə edib və 63 nəfər yerli türk və 58 nəfər terrorçu bələdiyyə başçısının tərəfdarını yaxalayıb.
Qeyd edək ki, terrorçu və kürdçü mövqeyi ilə təyin edilən Naseh Məhəmmədxani Tikantəpədə bələdiyyə postuna təyin olunduqdan sonra şəhərdə yerli əhali ilə mühacir kürdlərin münasibəti daha da gərginləşib. Naseh Məhəmmədxani əslən Divandərrə şəhərindəndir. Ona Tikantəpə Şəhər Şurasının üzvləri Süməyyə Əlmasi və Hüseyn Mikaili, eləcədə şəhərin sözdə millət vəkili Humayun Haşimi xüsusi dəstək verir. Həmin kürd bələdiyyə başçısı terrorçu PKK-PJAK tərəfdarıdır və bir müddət öncə də PJAK terror təşkilatının simvolunu bu şəhərdə quraşdırmışdır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed