Şrift:
Bolnisinin azərbaycanlılar yaşayan kəndində hakim Milli Hərəkat Partiyasından deputatlığa namizəd ilə görüş keçirilib
14.09.2012 [12:23] - Borçalı
Bolnisinin azərbaycanlılar yaşayan kəndində hakim Milli Hərəkat Partiyasından deputatlığa namizəd ilə görüş keçirilib
Gürcüstanın hakim Milli Hərəkat Partiyasından mojaritar deputatlığa namizəd Koba Naqopiya Bolnisi rayonunun azərbaycanlılar yaşayan Kəpənəkçi kəndində sakinlərlə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə deputat platforması barədə ətraflı məlumat verən Koba Naqopiya əgər deputat seçilərsə, azərbaycanlıların yaşadığı kəndlərin sosial həyat tərzinin yaxşılaşdırılmasına, içməli və suvarma su problemlərinin həllinə çalışacağını vəd edib. K. Naqopiya öz ata yurdunda dincələn xalq şairi Zəlimxan Yaqubla da görüşüb, ona sağlamlıq arzulayıb. Şairlə görüşüb söhbət edən mojaritar deputatlığa namizəd bu görüşdən çox şad olduğunu vurğulayıb: “Mən sizin haqqınızda çox eşitmişəm. Görkəmli Azərbaycan şairinin bu kənddə anadan olması mənim üçün maraqlı və ikiqat sevincdir. Çünki mənim seçicilərimin əksəriyyəti bu qədim kənddə yaşayır. Mən seçicilərlə seçkiqabağı görüşdə eşitdim ki, kəndin mərkəzində Zəlimxan Yaqub adına Poeziya Evinin tikilişi üçün rayon bələdiyyəsinin qərarı ilə torpaq sahəsi ayrılıb. Mən deputatlığa namizəd kimi seçicilər qarşısında söz verdim ki, əgər mən parlamentə deputat seçilərəmsə, bu Poeziya Evini tikəcək və bu evi azərbaycanlıların ixtiyarına verəcəyəm. Bu, məndən xalq şairinə ən böyük hədiyyə olacaq,” deputatlığa namizəd Koba Naqopiya bildirib.
Xalq şairi Gürcüstanda onun yaradıcılığına həmişə qiymət və hörmət verildiyini vurğulayaraq bildirib ki, bir az bundan əvvəl ata ocağımda gürcü və azərbaycanlı ziyalılar və dövlət nümayəndələri ilə görüşümüz olub. “Gürcüstan dövlətinin gələcəyi daha parlaq və işıqlıdır. Çünki bu ölkə demokratiya yolundadır. Mən inanıram ki, bütün deyilən arzular tezliklə reallaşacaq.”
Bu xəbər oxucular tərəfindən 1184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed