Şrift:
Güney azərbaycanlı qadının kamera qarşısında cəsarətli sözləri: “Biz nə zamanadək dözməliyik?!”
25.12.2019 [17:53] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın qəhrəman qadınlarından biri İran adlı ölkənin molla rejiminə qarşı sərt şəkildə çıxış edərək bütün ürək sözlərini kamera qarşısında ifadə edibdir.
O, “Sepah” terror qruplaşmasının ünvanına kəskin tənqidlər səsləndirib: “Biz nə zamanadək bu vəziyyətə dözüb və susmalıyıq?! Sərdar Sülemani, iddia edirsiniz ki, hər şeydən xəbəriniz var. O zaman deyin ki, bu silahlar özbaşına məmurların əlinə hardan keçib? Bizim uşaqlarımızın silahı yoxdur... Biz gənclərimizə deyə bilmərik ki, bahalığa görə etiraz etməyin. Biz ən azından kimsədən çəkinmədən sözlərimizi deməliyik. Bizə sözlərimizi eşidən və cavabdeh adam lazımdır. Mənim anamın 70 yaşı var, artıq yeriyə bilmir. Maraqlıdır, cənab Cənnəti o yaşda bir ölkənin işləri barədə necə qərar verə bilər?!”- deyə azərbaycanlı qadın bildirib.
Qeyd edək ki, son vaxtlar Güney Azərbaycan şəhərlərində rejimin ayrı-seçkilik və sosial siyasətinə qarşı etirazlar daha da artıb. Oxşar açıqlamalara vaxtaşırı müxtəlif şəhərlərdə rast gəlinir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed