Şrift:
Nəsiminin 650 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans
26.12.2019 [12:36] - Mədəniyyət
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib. Konfransın açılışını BMA-nın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli edib. Konfransda BMA-nın “Humanitar elmlər” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyevin “Nəsimi yaradıcılığında hürufilik”, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadənin “Nəsimi – Əruz vəznində musiqi və rəqs”, dosent Mehriban Cavadovanın “Nəsimi yaradıcılığında kamil insan”, müəllim İlkinə Eminovanın “Nəsiminin həyat və yaradıcılığı” mövzularında məruzələri dinlənilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed