Şrift:
Futbol tarixinin ən yaxşı rəmzi komandasının heyəti açıqlanıb
26.12.2019 [12:45] - İdman
İspaniyanın AS nəşri futbol tarixinin ən yaxşı rəmzi komandasını hazırlayıb.
Rəmzi komandanın qapıçısı SSRİ millisinin üzvü Lev Yaşin olub. Müdafiəçi mövqeyində isə braziliyalı Kafu, ingiltərəli Bobbi Mur, almaniyalı Frans Bekkenbauer və italiyalı Paolo Maldini yer alıblar. Yohan Kroyff (Niderland), Zinəddin Zidan (Fransa), Dieqo Maradona (Argentina) və Alfredo Di Stefano (Argentina) yarımmüdafiəçi mövqeyini tamamlayıblar. Komandanın hücumçuları isə braziliyalı ulduz futbolçu Pele və “Barselona”nın argentinalı hücumçusu Lionel Messi olub.
Qeyd edək ki, Portuqaliya millisinin və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ən yaxşı onbirlikdə yer almayıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 79 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed