Şrift:
Azərbaycan idmançıları Qazaxıstanda beynəlxalq turnirdə iki qızıl medal qazanıblar
26.12.2019 [12:47] - İdman
Qazaxıstanın Almatı şəhərində kombat ciu-citsu idman növü üzrə beynəlxalq turnir keçirilib. Ölkəmizi bu turnirdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin 3 idmançisi təmsil edib. Yarışda 12-13 yaş kateqoriyasında Eyyub Əkbərov (60 kq), 16-17 yaş kateqoriyasında isə Esmira Məmmədova (65 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Medal hesabına görə birinci pillədə Qazaxıstan, ikinci yerdə Özbəkistan və üçüncü pillədə isə Azərbaycan komandası qərarlaşıb. Qeyd edək ki, komandamız respublikanın əməkdar məşqçisi Rəsul Məmmədovun rəhbərliyi altında mübarizə aparıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 97 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed