Şrift:
Bakıda Azərbaycan-Türkiyə işgüzar dəyirmi masası keçirilib
26.12.2019 [13:58] - İqtisadiyyat
Dekabrın 26-da Bakıda Azərbaycan-Türkiyə işgüzar dəyirmi masası keçirilir.
Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin tarixi köklərə söykəndiyini deyib. Qeyd edib ki, Azərbaycan-Türkiyə arasında iqtisadi-ticarət əlaqələri dinamik inkişaf edir.
“Gələn ilin fevralında Bakıda hər iki ölkənin iş adamlarından ibarət “Sərmayə imkanları” mövzusunda təqdimat olacaq", - deyə nazir diqqətə çatdırıb. Türkiyənin Ticarət naziri Ruhsar Pekcan iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed