Şrift:
Tütün və spirtli içkilər üçün aksiz vergisindən İTSF-ya ödəmələrin ediləcəyi tarix məlum olub
26.12.2019 [14:27] - Xəbərlər
Vergi ödəyiciləri tərəfindən araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatının İcbari Tibbi Sığorta Fonduna (İTSF) ödənilməsinə başlanacağı müddət və mexanizmi məlum olub. Bu, Prezident İlham Əliyevin dekabrın 24-də imzaladığı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli qanunun bu maddəsi (15-10.1.7.) gələn il yanvarın 1-dən qüvvəyə minir. Fərmana əsasən, həmin sığorta haqları vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə müəyyən edilən vaxtda ödənilir. Vergi Məcəlləsinin 191.1-ci maddəsinə əsasən aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir. Başqa sözlə, gələn il yanvarın 1-dən başlayaraq vergi ödəyiciləri tərəfindən araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı İcbari Tibbi Sığorta Fondu üçün nəzərdə tutulmalıdır. Həmin vəsaitlər isə hesabat dövründən sonrakı ayın 20-dən, yəni aprelin 20-dən gec olmayaraq İcbari Tibbi Sığorta Fonduna ödənilməlidir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 262 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed