Şrift:
Tehran rejiminə qarşı toplum yenidən od püskürmək üçün küçərələrə çıxdı
26.12.2019 [21:16] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəni 40 ildir idarə edən mollakratiya rejiminin noyabrında gözlənilmədən benzin və neft məhsullarının qiymətini 3 dəfə (300 faiz) artırmaq barəsində verdiyi qərara qarşı xalqın kütləvi şəkildə etirazları zamanı minlərlə dinc insanlar xüsusi cəza dəstələri tərəfindən gülləbaran olunaraq öldürülüblər. Rejim qurbanlarının 40 mərasimi ilə bağlı Tehran, Kirmanşah, Kərəc, Həmədan, Təbriz, Urmu, Əhvaz, Şiraz, Məşhəd, Ərdəbil və s. bölgələrdə xalqın kütləvi etirazlarına başlanılıb.
Güney Azərbaycan türklərinin etirazlarından qorxuya düşərək Təbriz, Urmu, Sulduz, Tikantəpə, Zəncan, və s. şəhərlərə çoxsaylı silahlı qüvvələr yeridilib. Bununla yanaşı əksər şəhərlərdə internetin sürəti azaldılıb və ya tamamilə kəsilib. Kərəc, Tehran və s. şəhərlərdə hətta etirazlarda qətlə yetirilənlərin basdırıldığı məzarlar rejimin xüsusi silahlı qüvvələri tərəfindən mühasirəyə alınıb. Lakin xalq zorla da olsa həmin qəbristanlıqlara daxil olub.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed