Şrift:
İran adlı ölkədə Türk olmağın ağır bədəli var!..
26.12.2019 [23:08] - Gündəm
Türk milli fəalların tutulub və haralarda saxlanıldıqlarından xəbərsizliyimiz artıq 40.cı günə girdi. Bu ölkəni 40 ildir idarə edən, “kələmbaş” əbasına bürünmüş irqçi fars rejiminin dini örtük altında yürüdən iran islam cumhuriyəti Türk milli fəallara yönəlik olduqca qəddarlaşmış, onları fisiki və ruhi işgəncələrə tutur. Hətta onlar 40 gün tutulublar. Evi, ailəsi, vəkilləri ilə ilgilərini kəsmək, hər bir tutuqlunun ruhən sarsılması üçün uyqulanır. Onlara yapılan fiziki işgəncələr yoldaşlarımızın durumunun necə acınacaqlı olduğunu anlamaq çətin olmayacaqdır.
Məhəmməd Mahmudi, Babək Hüseyni, Davud Şiri, Əyub Şiri, Yaşar Piri, Ruzbeh Piri, Nasir Xlusi, Şahin Bərzigər, Əkbər Mühaciri kimi milli fəallarımız bu sıradandırlar.
Eləcə də Siyamək Mirzayi, Dr. Lətif Həsəni, Abbas Lisani, Rəhim Qulami, Əli Əhmədi, xanım Həkimə Əhmədi, Əmir Səttari, Kazım Səfabəxş, Saleh Malla Abbasi, Tohid Əmir Mimini, Yusif Kari, Kiyanuş Aslani, Murtuza Şükri, Mənsur Fəthi, Saleh İkrami, Əli İbrahimi, Rıza Zareyi, Səhən Məali kimi dəyərli fəllarımızın hamısı haqsızcasına tutulmuş və haqsızcasına uzun uzadı zindanlara məhkum edilibdirlər.
Yoldaşlarımızın yanındayıq və özənlə dəyərli Türk milli fəallarımızın hamısının tezliklə buraxılmasını istəyirik.
Güney Azərbaycan Türkləri bu ölkə toplumun orta hesabla 69 faizni təşkil edirlər. Bu duruma göz önünə almaq istəməyən “kələbaşlar rejimi” eynilə 1925-ci ildə iqtidara gələn Rza Pəhləvi rejiminin 53 illiik siyasətini davam etdirirlər. Türk kimliyini danmaq və onu mümkün qədər assimliasiya etmək. Bu gün Güney Azərbaycan milli fəalları məhz antitürk siyasətinin durdurulması üçün mücadilə aparırlar. Onları tutuqlamaqla əslində bütövlükdə Azərbaycan Türklərini qorxu-təlaş içində yaşamağa məcbur etmək kimi hədəflər önə çəkilir. Bütün bunlar azmış kimi, Azərbaycan Türklərinin yaşadıqları bütün bölgələrdə həyat şəraiti, social problemlər, ağır və dözülməz iqtisadi durum dəhşət saçır. Bir yandan Türkün varlığını inkar et, o biri yandan onu dəhşətli həyat tərzinin içində boğub məhv etmək kimi hədəflər sərgilənir. Azərbaycan Türkləri bütün bunlara dirəniş göstərmək üçün yola çıxıblar.
1925-ci ildən indiyə kimi Azərbaycan Türklərinin kimliyini, tarixini, coğrafiyasını, kültür və sənətini, dövlətçilik ənənələrini tamamilə inkar edən bir siyasətə xalqımız zaman-zaman dirənişlər göstərmişdir. Elə bu gün də yaşanılan milli mücadilə də həmin ənənələrin davamıdır. Kimsə bizləri bu yoldan nə çəkindirə, nə də sapındıra bilməz. Bunu bizləri sevməyənlər qulaqlarına tıxsalar daha yaxşı olar.

Hadi Qaraçay
Norveç
Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed