Şrift:
Agentlik: Bəzi məqşçilər idmançıları gizlədir, antidopinq testinə mane olurlar
27.12.2019 [08:32] - İdman
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkədə idman federasiyalarına müraciət edib. AMADA-nın direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, qurum öz işini standartlara uyğun və şəffaf şəkildə qurur. Buna baxmayaraq, bəzi məşqçilər antidopinq testlərinin qarşısını almağa cəhd edirlər: “Bəzən məqşçilər bilərəkdən düzgün məlumat vermir, idmançıları gizlədir və antidopinq testinə mane olurlar. Belə hallar araşdırılacaq və həmin şəxslər aşkar edilərək cəza tədbirləri görüləcək. Onlar, eyni zamanda maarifləndirmə tədbirlərinin aparmasına da mane olurlar”.
Ş.Hüseynli əlavə edib ki, dopinq təkcə idmanda deyil, cəmiyyətdə də böyük problemə çevrilib: "Bəzi idman mərkəzlərində qeyri-qanuni dopinq satırlar. Biz hüquq-mühafizə orqanları ilə bigə çalışırıq ki, bu məsələnin qarşısını alaq. Bu mübarizə gələcəkdə də ciddi şəkildə davam edəcək”.
Ş.Hüseynli hər kəsi bununla bağlı diqqətli olmağa, o cümlədən mətbuatı təbliğat işləri aparmağa çağırıb. O bildirib ki, dopinq insan sağlamlığı üçün ciddi ziyan törədir.
Agentlik direktoru qeyd edib ki, 2020 Tokio Olimpiya oyunları ilə bağlı antidopinq təlimləri keçirilməlidir: “Yarışa gedəcək məşqçilər, idmançılar mütləq antidopinq təlimindən keçməlidir”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 81 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed