Şrift:
Şəhriyar Məmmədyarov rapid üzrə dünya çempionatında üçüncü pillədədir
27.12.2019 [08:39] - İdman
Moskvada şahmatın rapid növü üzrə start götürən “King Salman World Cup” adlı dünya çempionatının ilk beş turuna yekun vurulub.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beş turdan sonra 4,5 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Şahmatçımızla bərabər, xal toplayan çinli Yanq Hao və israilli İlia Smirin əlavə göstəricilərə görə ilk iki pilləni bölüşürlər. Komandamızın digər üzvləri Qədir Hüseynov 4, Eltac Səfərli, Rauf Məmmədov 3,5, Aydın Süleymanlı 3, Namiq Quliyev 2 xal toplayıblar.
Dünya çempionatı çərçivəsində dekabrın 28-dək davam edəcək rapid yarışlarından sonra blits turniri keçiriləcək. Yarış dekabrın 30-da başa çatacaq. Qeyd edək ki, Ş.Məmmədyarov 2013-cü ildə rapid üzrə dünya çempionatının qalibi olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed