Şrift:
Dərman və kosmetik vasitələrin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb
27.12.2019 [08:56] - Hadisə
Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə dərman preparatları və kosmetik vasitələrin qanunsuz yollarla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, idarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumatlar əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşlarının idarə etdikləri “Mercedes Benz Viano” və “Mercedes Benz Vito 111 CDI” markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib. Yoxlama zamanı hər iki avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan 100 ədəd üzərində “Fenazepam 1 mq” adlı dərman preparatı və 45 ədəd müxtəlif markalı krem aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed