Şrift:
Hərbi hissədə görüş keçirilib
27.12.2019 [09:56] - Hərb
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələrinin, “Babək 44” taborunun döyüşçülərinin və şəhid ailələrinin iştirakı ilə N saylı hərbi hissədə şəxsi heyətlə görüş keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Şəhidlər xiyabanı ziyarət olunub. Sonra qonaqlar hərbi hissədə ağacəkmə aksiyasına qoşulublar. Şəxsi heyətlə görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər ehtiyatda olan polkovniklər Nazim Əhmədov, Elxan Qəniyev, Abakar Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, polkovnik-leytenant Vüqar İspəndiyarov və başqaları xatirələrini bölüşüb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər Ordumuzun qazandığı uğurlardan danışıblar. Sonra Gəncə şəhəri 39 nömrəli tam orta məktəbin şagirdləri və “Babək 44” taborunun döyüşçüsü Əli Babayevin nəvələri vətənpərvərlik ruhunda şeirlər söyləyiblər. “Babək 44” taborunun xüsusi qol saatları kəşfiyyatçılara və keçmiş döyüşçülərin hazırda həmin hərbi hissədə xidmət edən övladlarına hədiyyə edilib.
Əfsanəvi taborun döyüş yolu haqqında filmlərin diskləri isə şəhid ailələrinə təqdim olunub. Sonda “Əsgərə məktub” layihəsində iştirak edən keçmiş döyüşçülər ön xətdə xidmətdə olan Azərbaycan Ordusunun əsgərlərinə məktublar yazıb arzularını çatdırdılar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed