Şrift:
Gürcüstanda narkotik ticarəti ilə məşğul olan beynəlxalq şəbəkə ifşa olunub
27.12.2019 [11:43] - Xəbərlər
Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan genişmiqyaslı beynəlxalq şəbəkə ifşa edilib.Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Tiflis, Batumi və Kutaisi şəhərlərində həyata keçirilən istintaq tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz hazırlanması, alınması və satışını həyata keçirən cinayətkar qruplaşmanın üzvləri saxlanılıb. Onlardan biri Gürcüstan, beşi isə xarici ölkə (Rusiya, Ukrayna, Qırğızıstan, Qazaxıstan) vətəndaşlarıdır. Saxlanılan şəxslərin müvəqqəti yaşadıqları mənzillərində və digər gizli yerlərdə toz halında 21 kiloqrom narkotik vasitə və 10 litr “Alfa-PVP” preparatı müsadirə olunub. Aşkar olunan narkotik vasitələrin “qara bazar”da dəyəri, təxminən, 6 milyon lari təşkil edir. İstintaqla saxlanılan şəxslərin əlaqə vasitəsi kimi “Vipole” internet proqramından istifadə etdikləri və qruplaşmanın Gürcüstanla yanaşı, Ermənistan, Qırğızıstan, Özbəkistan, Tacikistanda da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları müəyyən edilib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed