Şrift:
“Azəripək”-in istehsal etdiyi kəlağayılar təqdim olunub
27.12.2019 [11:56] - İqtisadiyyat
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrindən olduğu beynəlxalq səviyyədə təsdiq edilib. 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə xalqımızın geyim etnologiyasının bir hissəsi hesab olunan, gözəllik, zəriflik rəmzi sayılan, qədim tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi yaşadan bu qədim sənət incisi məşhurların iştirakı ilə ictimaiyyətə təqdim olunub.
ASC-dən bildirilib ki, ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal rol oynayan tanınmış xanımlar bir araya gələrək, korporasiyanın törəmə müəssisəsi olan “Azəripək” MMC-nin istehsal etdiyi kəlağayıları ən gözəl və məxsusi tərzdə təqdim ediblər. Milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan bu qədim sənət növünün bütün gözəlliklərini özündə əks etdirən, nəciblik və xanımlıq rəmzi sayılan kəlağayını “Made in Azerbaijan” brendi ilə dünyada tanıdılacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed