Şrift:
Xalqın kütləvi etirazlarından sonar İraq prezidenti Barham Saleh istefa verdi
27.12.2019 [12:24] - Siyasət
İraq Prezidenti Barham Saleh istefası barədə parlamentə ərizə təqdim edib.
Prezident deputatlara müraciətində siyasi və parlament fəaliyyətinin xalqın ali maraqlarına cavab verməli olduğunu vurğulayıb. Barham Saleh istefa ərizəsini son dərəcə ağır siyasi vəziyyət və yeni Baş nazirin namizədliyi ilə bağlı partiyaların razılığa gələ bilməməsi fonunda verib.
İraqda həyat şəraitinin pisləşməsinə, gənclər arasında yüksək işsizliyə və korrupsiyaya qarşı oktyabrın əvvəllərində baş qaldıran etiraz aksiyaları səngimək bilmir, toqquşmalar, talanlar və zorakılıqla müşayiət olunur. Bu müddətdə həlak olanların sayı 500 nəfəri ötüb, 20 mindən çox insan zərər çəkib. Xatırladaq ki, İraqın Baş naziri Adil Əbdül Mehdi bu hadisələr fonunda noyabrın 30-da istefa verib.

DAVAM.AZ
“Orta Doğu Bürosu”
Bu xəbər oxucular tərəfindən 120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed