Şrift:
10 ildə Əfqanıstandakı münaqişələrdə 100 mindən çox insan həlak olub və yaralanıb
27.12.2019 [12:37] - Siyasət
Bu barədə BMT baş katibinin Əfqanıstandakı xüsusi nümayəndəsi, BMT-nin Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) rəhbəri Tadamiçi Yamamoto bildirib.
“Əfqanıstanda 2009-cu ildən bu günə qədər ölən və xəsarət alan mülki vətəndaşların sayı 100 mini ötüb”, - deyə BMT nümayəndəsi vurğulayıb. O qeyd edib ki, bu, BMT-nin Əfqanıstandakı Yardım Missiyasının 2009-cu ildən mülki itkilərin sistematik olaraq qeydiyyata alınmasından sonra əldə olunan rəqəmdir. T. Yamamoto bütün tərəfləri ölkədəki zorakılığa dərhal son qoymağa və Əfqanıstanda sülh və sabitliyin əldə edilməsinin yollarını tapmağa çağırıb.
BMT baş katibinin nümayəndəsi onu da qeyd edib ki, ölkədə əsas müharibə tərəflərindən biri olan radikal “Taliban” qruplaşması rəsmi hökumətlə birbaşa danışıqlar aparmaqdan imtina edir.

DAVAM.AZ
“Vaşinqton Bürosu” (ABŞ)
Bu xəbər oxucular tərəfindən 110 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed