Şrift:
Milli fəal və öyrənci Mehdi Təməddün tutuqlandı
27.12.2019 [19:20] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəni 40 ildir idarə edən mollakratiya rejimi son vaxtlar Güney Azərbaycan siyasətinə qarşı daha azğın siyasət yürütməyə başlamışdır. Belə ki, əsasən Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı sərt mövqe nümayiş etdirir. Milli fəallar hər yerdə təqib olunurlar. Onları əsassız yerə işlədikləri yerdən azad edirlər. Təhsil aldıqları məkanlarda heç bir səbəb göstərmədən incidirlər. Bütün bunlarla yanaşı özəlliklə kütləvi şəkildə həbslərin sayı artıb.Tutuqlulara saxlanıldıqları cəzaevlərində dəhşətsaçan işgəncələr verilir.
Son məlumata görə, Güney Azərbaycanın başkəndi Təbrizdə Mehdi Təməddün adlı milli fəal və öyrənci heç bir əsas göstərilmədən tutuqlanıbdır. O dekabrın 25-də rejimin xüsusi cəza təşkilatı kimi tanınan Ettelaat əməkdaşları tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. Milli fəal və öyrəncinin hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 162 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed