Şrift:
Molla rejimi Güney Azərbaycanda indi də orman qətliamı siyasətini yürüdür
27.12.2019 [19:30] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin mollakratiya rejimi Güney Azərbaycanın müxtəlif bölgələrində hər gün ağacların məhv edilməsi faktı qeydə alınır. Belə ki, Güney Azərbaycanın meşə və ormanlarında ən qiymətli ağaclar kütləvi şəkildə kəsilir və bəlli olmayan ünvanlara daşınır. Əldə etdiyimiz bilgilərə görə, Güney Azərbaycanın ormanlarında ağaların kütləvi şəkildə qətliamına başladılması sayəsində Tehrandakı iriçəkili ayətullahlar külli miqdarda pul qazanırlar. Kəsilən qiymətşli ağaclar isə, Orta Doğu ölkələrinin bazarlarında satılır.
Onu da qeyd edək ki, Güney Azərbaycanın əksər şəhər və kəndlərində ekoloji vəziyyət qənaətbəxş deyil, ətraf mühit gün keçdikcə çirklənir. Bu problem əvvəllər əsasən başda Urmu gölü olmaqla göllərin quruması və müxtəlif zavodların köhnə üsulla fəaliyyət göstərməsi nəticəsində baş verirdi. Son vaxtlar isə ekoloji vəziyyətin pisləşməsinə səbəb olan amillərə yaşıllıq ərzilərinin məhv edilməsi və ağacların kütləvi şəkildə kəsilməsi amili də əlavə olunub. Bu barədə ətraf mühit tərəfdarları davamlı olaraq xəbərdarlıq edir, sosial şəbəkələrdə isə ağacların kütləvi şəkildə kəsildiyini əks etdirən materiallar yayılır. Buna baxmayaraq səlahiyyətli orqanlar bölgənin ətraf mühitinə və əhalinin sağlamlığına laqeyd yanaşır və problemin həlli istiqamətində hər hansı addım atılmır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed