Şrift:
Milli fəal Puya Bəxtiyarinin ölümünün 40 anım törəninə qatılanlar tutuqlandılar
27.12.2019 [19:37] - Güney Azərbaycan xəbərləri
Ötən gün mollakratiya rejimi tərəfindən benzin və neft məhsularının qiymətinin 3 dəfə (300 faiz) artmasına görə noyabr ayında başladılan etirazlarda qətlə yetirilən Puya Bəxtiyarinin ölümünün 40 anım törəninə qatılmaq üçün Güney Azərbaycanın Kərəc şəhərinin Səkinə qəbirsanlığına gedən insanlardan çoxu təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər.
Sosial şəbəkələrdə yayılan videolarda polis və təhlükəsizlik qüvvələrinin qəbirsanlığa zirehli və su səpən maşınlar yeritdiyi müşahidə edilir. Eləcə də, əksər videolarda təhlükəsizlik qüvvələrinin insanları həbs etdiyi əks olunub. Bəzi görüntülərdə qəbristanlığın üzərində rejimin təhlükəsizlik qüvvələrinə məxsus helikopterin uçduğu müşahidə olunub. Mərasimdə iştirak edənlər bildirirlər ki, qəbristanlığın hər tərəfi polis və mülkü geyimli və təhlükəsizlik qüvvələri ilə əhatə olunmuşdu.
Dariyuş Mehrcuyi, Rəxşan Bənietemad, Cəfər Pənahi, Möhsün Əmiryusifi və Rza Dormişiyan kimi iranlı kinomatoqraf və aktyorlar Puya Bəxtiyarinin 40 mərasimində iştirak ediblər. Xatırladaq ki, ETTELAAT işçiləri dekabrın 23-də Puya Bəxtiyarinin evinə hücum edərək, onun valideynləri və bir neçə qohumunu həbs etmişdilər.
Ötən gün təhlükəsizlik qüvvələrinin 40 mərasimində iştirak edənlərdən çoxunu döyərək həbs edib. İştirakçıların bir çoxu “diktatora ölüm”, “neçə ildir cinayət törədən vilayətə (vilayəti fəqih) ölüm” və “saziş bağlamaq, qatil rəhbəri tərifləmək üçün insanlarımız ölmədi” kimi şüarlar səsləndiriblər.
Ötən gün ölkənin digər şəhərlərində də təhlükəsizlik qüvvələri küçə və prospektləri öz nəzarətlərində saxlayıblar. Yenidən rejimə qarşı etirazların qalxacağından qorxan rejim şəhərlərdə təhlükəsizlik qüvvələrinin sayını artırmaqla, insanları qorxu içində saxlamağa çalışır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed