Şrift:
İrticaçı molla rejimi bu dəfə "Traxtur" takımının tərəfdarlarını tutqlamağa başladı
27.12.2019 [19:44] - Güney Azərbaycan xəbərləri
Çərşənbə axşamı günü Güney Azərbaycanın başkəndi Təbrizdə yerli “Traxtur” və Məşhədin “Şəhr-i Xodro” takımları arasında keçirilən görüş zamanı Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan və “Traxtur” takımının azərkeşləri kimi tanınan iki nəfər soydaşımız molla rejiminin xüsusi cəza dəstəsi kimi tanınan Ettelat tərəfindən tutuqlanıblar. Olay Təbrizin “Səhənd” stadionunda dekabrın 24-də baş verib. Ancaq bu barədə bilgilər yenicə yayılıb.
Məlumata görə, Binab (“Bin Ev”) sakini olan Peyman.D və Qulam.S adlı “Traxtur” tərəfdarları stadiona daxil olarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.
Şahidlərin dediyinə görə, təhlükəsizlik qüvvələri soydaşlarımızın şəxsi avtomobilinə də əl qoyub.
Qeyd edək ki, İran adlı ölkənin mollakratiya rejiminin təhlükəsizlik orqanları “Traxtur” futbol takımının görüşlərində müxtəlif bəhanələrlə komanda tərəfdarlarını saxlayır. Önləyici tədbir stadiona toplaşan onminlərlə azarkeşin sayını azaltmağa yönəlib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed