Şrift:
Molla rejimindən daha bir rəzalət: Mobil internet 95% məhdudlaşdırılıb
27.12.2019 [19:49] - Güney Azərbaycan xəbərləri
Noyabr ayında gözlənilmədən mollakratiya rejimi tərəfindən benzin və neft məhsullarının qiymətlərinin 3 dəfə (300 faiz) artırılmasına qarşı toplumun etirazları zamanı öldürülənlərin 40 anım törəni nədəni olaraq qorxuya düşən irticaçı Tehran rejimi ölkə ərazisində mobil internet istifadəsini kəsib.
Dünyada internetin vəziyyətinə nəzarət edən “Net Blocks” saytı dünən İranda mobil internetin 95% məhdudlaşdırdığını bəyan edib. Sosial şəbəkə istifadəçiləri Tehran da daxil olmaqla, ölkənin əksər bölgələrində geniş zolaqlı internetin kəsilməsi və ya problemlərlə işləməsini deyirlər.
Xatırladaq ki, dekabrın 26-sı noyabr etirazlarında öldürülənlərin 40 mərasiminə təsadüf etdiyindən, rejim əksər şəhərlərdə təhlükəsizlik qüvvələrinin sayını artırmışdı. Xüsusilə Tehran, Təbriz, Urmu və İsfahan şəhərlərində qorxuya düşən rejim yüksək təhlükəsizlik tədbirləri görüb. Noyabr ayında keçirilmiş etirazlar zamanı mollakratiya rejimi təqribən 6 gün ərzində ölkədə interneti demək olar ki, tamamilə kəsmişdi.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed