Şrift:
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Meksikada
27.12.2019 [19:57] - Diaspor
Azərbaycanın Meksikadakı səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mərasim keçirilib. Tədbirdə Meksikada Azərbaycan icmasının üzvləri, ölkəmizin meksikalı dostları, həmçinin Türkiyə səfirliyinin nümayəndələri iştirak ediblər. Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov mərasimdə çıxış edərək bütün həmvətənlərimiz üçün birlik rəmzinə çevrilmiş bu bayramın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1991-ci ildə təsis edilməsindən sonra hər il dünyanın müxtəlif yerlərində qeyd olunduğunu bildirib.
Sonra çıxış edən Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri, əməkdar elm xadimi, professor Natiq Atakişiyev ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısı nəticəsində dünyada Azərbaycan diasporunun tədricən daha da fəallaşdığını qeyd edib. O, eyni zamanda, erməni lobbisinin kifayət qədər çoxsaylı olduğu Latın Amerikası regionunda həmvətənlərimizin sayının nisbətən az olmasına baxmayaraq, buradakı diasporumuzun fəallaşma imkanlarına toxunub. Türkiyə səfirliyinin müşavir-elçisi Fikrət Türkeş çıxışında dünya azərbaycanlılarını bu əlamətdar günlə bağlı təbrik edib, iki qardaş xalqın xaricdəki diasporlarının birgə fəaliyyətindən və əməkdaşlıq imkanlarından danışıb.

DAVAM.AZ
“Güney Amerika Bürosu”
Bu xəbər oxucular tərəfindən 150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed