Şrift:
Fərəc Quliyev rəqibinə başsağlığı verib
29.12.2019 [16:31] - Xəbərlər, Bildiriş, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 9 fevral 2020-ci il tarixində keçiriləcək Parlasment seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən rəqibi kimi namizədliyini irəli sürmüş, təhsil eksperti Etibar Əliyevə anasının vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“Deputatlığa namizəd kimi qısa bir zamanda rəqibimiz olacaq 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürmüş Etibar Əliyevə anası Zeynəb xanımın vəfatı ilə bağlı şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından dərin hüzünlə başsağlığı verirəm. Allahdan Zeynəb anaya rəhmət, bütün doğma və yaxınlarına səbr diləyirəm.
Ruhu şad, məkanı Cənnət olsun!”
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed