Şrift:
Salyanda Gənclər və İdman Nazirliyi tərəfindən Yeni il hədiyyələri paylanıb
29.12.2019 [22:43] - Gənclik
Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Salyan rayonunun Aşağı Noxudlu, Arbatan, Kürqaraqaşlı, Qızılağac və Sarvan kənd tam orta məktəblərində azyaşlı məktəblilər üçün bayram hədiyyələri paylanıb.
Gənclər və İdman Nazirliyindən bildiriblər ki, Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov uşaqlara ən xoş arzularını çatdırıb və onları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Şagirdlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə aid şeirlər söyləyib, mahnılar ifa ediblər. Sonda Salyan rayonunun beş kənd məktəbindən olan 80 uşaq Gənclər və İdman Nazirliyinin bayram hədiyyələri ilə sevindiriliblər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 339 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed