Şrift:
Leyla Məmmədova “Lelo Gürcüstan naminə”də yer alacaq
29.12.2019 [23:54] - Borçalı
Marneulidə QHT sahəsində fəal çalışan, 2017-ci ilin mer seçkiləri zamanı siyasətə qatılan Leyla Məmmədova yeni təsis oluna siyasi partiya “Lelo Gürcüstan naminə”də yer alacaq. Leyla Məmmədovanın “Lelo Gürcüstan naminə”də yer alması “Quruculuq hərəkatı”nın yeni hərəkatla birləşməsi nəticəsində olub. Məmmədova "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, onun üzv olduğu hərakatın ideyaları onun ideyası ilə eyni olduğu üçün “Lelo Gürcüstan naminə”yə hər cür dəstək olacaq. O, bu gün Gürcüstanda siyasi fəallığın olduğunu və 2020-ci ildə ölkədə ciddi Parlament seçkisinin olacağını gözlədiyini dedi.
"İndiki hakimiyyətin dərəbəyliyi heç bir partiyanı, hətta öz partiyalarını belə qane etməyən insanlar var, hansı ki, o partiyanı tərk edirlər. Bugünkü gün Gürcü arzusu yenə də hakimiyyətdə qalır, baxmayaraq ki, ölkədə bu qədər məsələlər baş verir. Yayda olan məsələlərə görə neçə insan şikəst oldu, neçəsi yaralandı Daxili İşlər Naziri çıxdı Baş nazir oldu. Bugünkü hakimiyyət özünü doğrultmur və hakimiyyətdə qalmağa davam edir. Zorakılıq yolu ilə belə olsa, qanun pozuntularına yol verərək yenə də öz çirkin işlərinə davam edirlər", – Leyla Məmmədova dedi.
Leyla Məmmədova 2020-ci ildə keçiriləcək Parlament seçkilərində Marneuli ilə bağlı olan fikirləri haqqında da danışdı və bildirdi ki, indiki mərhələdə gələcəklə bağlı heç nə deyə bilmir. O, deyir ki, hal-hazırda hakim partiya ilə müxalifət arasında seçki sistemi ilə bağlı ciddi müzakirələr gedir və nəticələr bəlli olandan sonra bu barədə dəqiq danışa bilər.
"Hakimiyyət reallığa göz yumaraq öz gücünü saxtakarlıqla da olsa, saxlamaq üçün Konstitusiyadan süni şəkildə istifadə edir. Və qanunları pozaraq istəyirlər ki, sübut edələr Gürcüstan proporsional seçkiyə hazır deyil və istəyirlər yenə də majoritar seçim olsun. Amma cəmiyyətdə ciddi narazılıq olduğuna görə, müxalif və siyasi qüvvələr bu məsələdə birləşdiyinə görə, hakimiyyət məcbur idi danışıqlara getsin. Danışıqlar nə ilə nəticələnəcək, bunu heç kim bilmir. Mən də görücülük edə bilmərəm, bu məsələyə hamı kimi ciddi yanaşıram və istəyirəm ki, nəticə olsun və biz
“Quruculuq hərəkatı” Mamuka Xazaradze tərəfindən yeni təsis edilmiş siyasi hərəkat “Lelo Gürcüstan naminə” ilə birləşib. Bu haqda məlumatı “Quruculuq hərəkatı”nın rəhbəri Davit Usupaşvili verib. Həmçinin Tbilisidə “Lelo Gürcüstan naminə”nin təsisçilərinin toplantısı keçirilib. Toplantıda partiya sədri olaraq “Lelo”nun təsisçisi Mamuka Xazaradze seçilib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed