Şrift:
İrticaçı molla rejimi Umru vilayətini sürətlə kürdləşmək üçün qərar qəbul etdi
30.12.2019 [10:59] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəni 40 ildir idarə edən molla rejimi Güney Azərbaycanın Türkiyə ilə sınır bölgəsi olan Urmu vilayətində “Uluslararası Kürd Kültür Mərkəzi”nı yaratmaq və həm bölgəni sürətlə kürdləşdirmək barəsində qərar veribdir.
Dekabrın 26-da Urmu vilayətinin Planlaşdırma və İnkişaf Şurasının iclasında "Urmu Vilayətini düzənləmə Sənədi" böyük səs çoxluğu ilə təsdiq edilib. Urmu Vilayətinin yerli olmayan və radikal kürdçü mövqeyi ilə tanınan Tehran molla rejimi tərəfindən təyin olunmuş valisi Məhəmməd Mehdi Şəhriyarinin dəstək verdiyi sənəddə “Kürd İcmasında Uluslararası Kültür Mərkəzi” səviyyəsində infrastrukturlarının yaradılması proqramı sözlərinə xüsusi yer verilib. Dövlət bu layihəyə əsasən Urmu Vilayətinin Bukan, Mahabad (“Soyuq Bulaq”), Sulduz və Qoşaçay şəhərlərində icra edəcək.
Maraqlıdır ki, sənəddə əyalət əhalisinin 90 faizini təşkil edən türklərin dil və mədəniyyətinin inkişafı barədə heç nə qeyd olunmayıb.
Quzey Xorasanın Bocnurd şəhərindən anadan olmuş və bu gün Urmu vilayətinin valisi təyin edilmiş Məhəmməd Mehdi Şəhriyari kürd radikalizminin ifrat şəkildə tərəfdarlarından biri kimi tanınır. O, hər zaman Azərbaycana qarşı sərt mövqeyi ilə seçilib. Məhəmməd Mehdi Şəhriyari sözdə islahatçı adlanan düşərgə tərəfindən Urmu Vilayətinə vali təyin edilibdir.
Onu da qeyd edək ki, İran adlı ölkəni idarə edən molla rejimi uzun illədir ki, stratejik əhəmiyyətə malik olan Urmu Vilayətini tamamilə kürdləşdirməyə çalışır. Rejimin bu siyasəti kürd terror qruplaşmalarının planları ilə tam üst-üstə düşür. Bu istiqamətdə radikal mühacir kürdlərə müxtəlif formalarda dəstək verilir. Bölgəni kürdləşdirmək üçün kürd terror qruplaşmaları və rejimin imkanlarından geniş şəkildə istifadə edirlər.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed