Şrift:
80 min insan milli fəal Abbas Lisani üçün ayağa qalxdı
30.12.2019 [11:42] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının nüfuzlu milli fəallarından biri kimi tanınan Abbas Lisaninin qanunsuz yerə tutuqlanması və həbsdən azad ediıməsi üçün “Traxtur” takımının tərəfdarları oyun zamanı: “Abbas Lisaniyə azadlıq! Abbas bəy dərhal həbsdən buraxılsın!” və başqa şüarlar səsləndiriblər. Tehranın “Şəhr-i Qüds” (“Həsənxan qalası”) stadionunda bu şəhərin “Peykan” və Güney Azərbaycanın “Traxtur” futbol takımları arasında keçirilən görüş zamanı “Traxtur” tərəfdarları tanınmış milli-mədəni fəal Abbas Lisaninin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər. Minlərlə soydaşımızın tamaşaçı qismində iştirak etdiyi görüşdə bir çox milli şüar səsləndirilib. Azarkeşlərin səsləndirdiyi şüarlar arasında “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və “Azərbaycan var olsun – İstəməyən kor olsun” kimi şüarlar yer alıb. “Traxtur” tərəfdarları Ərdəbil Apellyasiya Məhkəməsinin ədalətsiz qərarını pisləyərək gur səslə “Azərbaycan var olsun – Lisani azad olsun” şüarını səsləndiriblər.
Qeyd edək ki, bundan öncə Ərdəbil Apellyasiya Məhkəməsi Güney Azərbaycan Milli Hərəkatının fəalına 8 illik həbs cəzasını 15 ilədək artırıb. Molla rejiminin qərəzli həbs qərarı milli fəallar tərəfindən kəskin etirazı ilə qarşılanıb. “Traxtur”-“Peykan” görüşü 2:3 hesabı ilə Güney Azərbaycan takımının xeyirinə tamamlanıb. Artıq Güney Azərbaycan Milli Hərəkatının fəalları sadəcə Təbriz, Ərdəbil, Urmu, Sulduz, Zəncan, Həmədan, Makı, Tikantəpə, Qoşaçay, Mərənd, Xoy, Miyanə və başqa şəhərlərdə deyil, bütün gücünü Tehranda daha da artırıbdır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed