Şrift:
Urmuda milli fəallardan 22 nəfər məhkəməyə çağırılıb
30.12.2019 [12:26] - Güney Azərbaycan xəbərləri
Noyabr ayında İran adlı ölkənin irticaçı molla rejiminin qərarı ilə benzin və neft məhsullarının qiymətlərinin 3 dəfə (300 faiz) artılımasına qarşı etiraz olaraq ölkənin bütün iri şəhərlərində kütləvi nümayişlər keçirilmişdir. Eləcə də Güney Azərbaycanın Urmu şəhərində əhali süni bahalaşmaya etiraz edərək günlərcə öz iradəsini ortaya qoymuşdur. Aradan bir müddət ötdükdən sonra, irticaçı rejim bu etiraz aksiyalarının tərəfdarlarını məhkəmələrə cəlb etməklə qorxutmağa çalışır. Ötən gün Urmudakı yerli məhkəmə şəhərində Güney Azərbaycan Milli Hərəkatının 22 nəfər üzvünü noyabr ayında etirazları ilə bağlı məhkəməyə çağırıb. Əldə etdiyimiz bilgilərə görə
etirazlar zamanı tutulan və daha sonra müvəqqəti azadlığa buraxılan 22 nəfər “son müdafiə” üçün məhkəməyə çağırılıblar.
Rejimin prokuroru Behzad Sarxanlının imzaladığı çağırış vərəqəsində Zəhra Bayat, Məhəmməd Nikxu Daştəpə, Zəhra Həbibi, Sevda Məhəmmədi Balanış, Həmid Purnəcəfi, Keyvan Nəcəfi Baldırlı, Ramin Heydəri Qutlu, Fatma Zeynali, Puyan Bəşirxudayi, Müjgan Təhmasibzadə, Əli Hüseyni Almanava, Rza Dərvişi, Əmir Məşuf, Məhəmməd Əlizadə, İrfan Əsgərdost, Əzra Xudadadi Ağgünbəz, Məhəmmədrza Qadir, Hüseyn Həbibvəndiyan, Mahmud Əlizadə, Səccad Sabir Kürdlər, Rəsul Damad Çonqaralı və Keyvan Əlizadədən 5 gün ərzində məhkəməyə müraciət etmələri tələb olunub. Məhkəməyə çağırılanlar “ümumi intizam və asayişi pozmaqda” ittiham olunublar.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 182 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed