Şrift:
Qaçqın statusu üçün dövlət daktiloskopik qeydiyyatından keçiriləcək
30.12.2019 [12:42] - Xəbərlər
Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinə yeni vəzifələr həvalə edilib. Dövlət Miqrasiya Xidmətinin Kollegiyası bununla bağlı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi haqqında Əsasnamə”də dəyişiklik edib. Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinə qaçqın statusu almaq niyyətində olan şəxslərlə müsahibələr keçirmək və hər birinin adına şəxsi iş açmaq, onların ailə üzvləri barədə məlumatları idarədə toplamaq, Xidmətin vahid miqrasiya məlumat sistemində idarənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək və qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxsləri məcburi dövlət daktiloskopik qeydiyyatından keçirmək həvalə olunub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed