Şrift:
Fotomüxbir Orxan Əzimin Nəsiminin Suriyadakı məqbərəsi ilə bağlı sərgisi açılıb
03.01.2020 [09:24] - Mədəniyyət
Heydər Əliyev Sarayında İmadəddin Nəsiminin Suriyadakı məqbərəsi və Hələb şəhərinin fotolarından ibarət sərgi nümayiş olunub. Sərginin müəllifi fotomüxbir Orxan Əzimdir.
Sərgidə çıxış edənlər onu da bildirdilər ki: “Sərgi sayəsində Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məzarının indiki vəziyyəti ilə tanış ola bilirik. Müharibələrin bizim maddi-mənəvi irsimizə necə böyük zərər verdiyinin bir daha şahidi oluruq".
Orxan Əzimin cəsarəti nəticəsində bu sərgi baş tutub. Onun Suriyaya getdi. Böyük çətinliklərlə də olsa, Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib. Nəsiminin məzarına gəldikdə isə, şəkillərdən də göründüyü kimi, orada hazırda təmir işləri aparılır. O da bəllidir ki, böyük şair Nəsiminin məzarı Suriya üçün də müqəddəs məkan hesab olunur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed