Şrift:
Badmintonçularımız Ukraynada keçirilən açıq turnirdə uğurlu çıxış ediblər
03.01.2020 [09:41] - İdman
Azərbaycan badmintonçuları Ukraynanın Xarkov şəhərində 2008-ci il və daha aşağı yaş qrupları arasında keçirilən açıq turnirdə iştirak ediblər. Turnirə geniş heyətlə qatılan komanda bütün kateqoriyalarda mükafatçılar sırasında yer alıb. Emil Akçurin şəxsi və qoşa yarışda birinci, qarışıq-qoşada isə üçüncü yeri tutub. Ülvi Hüseynov şəxsi yarışda gümüş, qoşa yarışda qızıl, qarışıq-qoşada isə bürünc medala sahib olub. Nərmin Hüseynova və Əminə İsmayılova isə qoşa yarışda ikinci, qarışıq-qoşada isə üçüncü yerlə kifayətləniblər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 77 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed