Şrift:
Parlament seçkilərində iştirak üçün 19 siyasi partiya namizəd irəli sürüb
03.01.2020 [11:31] - Xəbərlər
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 19 siyasi partiya namizəd irəli sürüb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, indiyə qədər 19 siyasi partiya 457 namizəd irəli sürüb. Azərbaycan Sosial Rifah Partiyası hələ ki, namizədini irəli sürməyib.
Qeyd edək ki, indiyə qədər 20 siyasi partiyanın – Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, “Ana Vətən” Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Müasir Müsavat Partiyası və Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed