Şrift:
“Tariximiz qürur və şərəf mənbəyimizdir” adlı viktorina keçirilib
03.01.2020 [11:52] - Xəbərlər
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş viktorina keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, məktəbin quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələrində təhsil alan kursantlar arasında keçirilən “Tariximiz qürur və şərəf mənbəyimizdir” adlı viktorina tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Fakültə komandaları şəklində yarışan kursantlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Viktorinanın yekun nəticələrinə əsasən Hərbi Hava Qüvvələrinin kursantları birinci yerə layiq görülüblər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed