Şrift:
Pentaqon terrorçuların liderinin öldürülməsi məsuliyyətini öz üzərinə götürüb
03.01.2020 [12:09] - Siyasət
Pentaqon iranlı general Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən əməliyyatın ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən keçirildiyini təsdiqləyib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, “Əl-Qüds” qüvvələrinin başçısı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaniyə qarşı müdafiə xarakterli əməliyyat Birləşmiş Ştatların xaricdəki şəxsi heyətini müdafiə etmək məqsədilə keçirilib. “General Qasım Süleymani İraqda və regionun digər ölkələrində Amerika diplomatlarına və hərbi qulluqçularına hücum planları üzərində fəal işləyirdi. O, ABŞ-ın Bağdaddakı səfirliyinə hücumu da dəstəkləyib”, -deyə mətbuat mərkəzi bəyan edib.
İranlı generalın öldürülməsindən sonra ABŞ Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Xatırladaq ki, yanvarın 3-də gecə saatlarında İraqın paytaxtı Bağdad beynəlxalq aeroportu rayonu raket atəşinə tutulub. Hadisə nəticəsində azı 12 hərbçinin yaralandığı bildirilir.

DAVAM.AZ
“Vaşinqton Bürosu” (ABŞ)
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed