Şrift:
Marneuli meriyası bu il yardım alan aztəminatlı ailələrin sayını 100 ailə artırdı
03.01.2020 [12:35] - Borçalı
Hər il olduğu kimi bu ildə Marneuli meriyası yeni il qabağı aztəminatlı ailələrə yeni il sovqatı paylayıb. Ötən ilə nisbətən bu il meriya 100 aztəminatlı ailə artıraraq 400 ailəyə yardım ediblər. Verilən yeni il sovqatı əsasən Un, Çay, Yumurta, Süd, şirniyyat, təbii şirə, yağ və s olub.
Marneuli meri Zaur Darğallı müsahibəsində bildirib ki, verilən yardımlar meriyanın nümayəndələri tərəfindən bütün kəntlərdə paylanıb: "Hər il 300 ailəyə yardım edilirdisə bu il biz bu yardımları artıraraq 400 aztəminatlı ailə etdik. Bu il edilən yardımlara ümumilikdə 25 000 lari vəsait ayırdıq. Məqsədimiz ehtiyaclı ailələri bayram günlərində sevindirməkdir. Hazırda bizim nümayəndələrimiz bütün kəndlərdə bu yardımları sözügedən ailələrə çatdırırlar. Biz həmçinin edilən bu yardımlara biznes sektorunuda cəlb etmişik ümid edirik ki, bu sahədə gələcəkdədə əməkdaşlıq edərək daha çox az təminatlı insanlara yardımlar edəcik", -deyə Zaur Darğallı bildirib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed